Traktor kanala aşdı, sürücü xilas edildi - Video

traktor-kanala-asdi-surucu-xilas-edildi
Oxunma sayı: 2875

Şabran rayonunda traktor qəzaya uğrayıb.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, “112” qaynar xəttinə rayonun Çayqaraqaşlı kəndində traktorun idarəetməni itirərək kanala aşması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.

Həyata keçirilmiş xilasetmə tədbiri nəticəsində idarəetməni itirərək kanala aşmış traktorun sürücüsü Elşən Hüseynov xilasedicilər tərəfindən xilas edilib.