Tramp G20-də iştirak etməyəcək

tramp-g20-de-istirak-etmeyecek
Oxunma sayı: 1378

ABŞ prezidenti Donald Tramp noyabrda Cənubi Afrikanın ev sahibliyi edəcəyi G20 Sammitində iştirak etmək istəmədiyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Tramp “Truth Social” hesabında paylaşım edib.

Tramp Cənubi Afrikada ağdərili fermerlərin torpaqlarının qəsb edildiyi və onların ailələri ilə birlikdə öldürüldüyü iddialarını yenidən səsləndirib.

“Media bu barədə məlumat verməkdən imtina edir. Birləşmiş Ştatlar Cənubi Afrikaya verdiyi bütün dəstəyi geri götürdü. Torpaq müsadirəsi və soyqırımı əsas gündəm olduğu halda, G20-nin həlledici toplantısı üçün Cənubi Afrikaya getməyimizi necə gözləmək olar? G20 üçün orada olmaq istəyirik? Mən belə düşünmürəm!”,- o bildirib.