Tramp və xanımı ilə şam yeməyindən foto paylaşdı

tramp-ve-xanimi-ile-sam-yemeyinden-foto-paylasdi
Oxunma sayı: 2739

“SpaceX” şirkətinin təsisçisi İlon Mask ABŞ Prezidenti Donald Tramp və birinci xanım Melania Trampla birgə şam yeməyi edib.

“Qafqazinfo” xəbər verir ki, Mask şam yeməyi zamanı çəkilən fotonu “X” sosial şəbəkəsində paylaşıb.

“Ötən axşam ABŞ Prezidenti və birinci xanımla əla şam yeməyi etdik. 2026-cı il möhtəşəm olacaq”, - deyə amerikalı milyarder fotoya şərh yazıb.

Qeyd edək ki, Mask 2025-ci ilin yanvar ayından mayın sonunadək Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinə (DOGE) rəhbərlik edib. Ötən ilin yayında tərəflər arasında münasibətlər pisləşsə də, daha sonra Trampla Maskın əlaqələrini yoluna qoyduğu məlum olub.