“İranla bağlı başladılan işi bitirməliyik”.
“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Baltimorda nüvə enerjisi ilə işləyən sualtı qayıqlar üçün komponentlərin istehsalına investisiya qoyulması mərasimində çıxışı zamanı deyib.
“Bu işi bitirməliyik və məsələ onu necə etmək istədiyimizdədir. Bunu yumşaq, yoxsa çox da yumşaq olmayan bir şəkildə edəcəyik? Bunu çox tezliklə öyrənəcəksiniz”.
Tramp ABŞ-nin İranın hərbi imkanlarını, demək olar ki, məhv etdiyini iddia edib. O, İranın keçmiş Ali lideri Ayətullah Əli Xameneiyə yada salaraq, “Xameneini xatırlayırsınız? Hamısı ölüb” deyib.
ABŞ Prezidenti İrana hücumdan sonra regiondakı bir sıra liderlərin ona təşəkkür etdiyini də bildirib. Tramp onların təşəkkürünə cavab olaraq “Bunun pulunu nə vaxt ödəyəcəksiniz?” dediyini söyləyib.
Tramp çıxışında Hörmüz boğazına da toxunaraq boğazın ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətində olduğunu və burada hər gün böyük həcmdə neft daşındığını bildirib: “Başqa sözlə, Hörmüz boğazı ABŞ Hərbi Dəniz Qüvvələrinə və ABŞ-yə məxsusdur”.
Tramp ABŞ-nin regiondan gələn neftə ehtiyacı olmadığını da vurğulayıb.
Son xəbərlər
Son Xəbərlər