Trampın birinci həyat yoldaşı vəfat etdi

trampin-birinci-heyat-yoldasi-vefat-etdi
Oxunma sayı: 4709

ABŞ-ın keçmiş Prezidenti Donald Trampın birinci həyat yoldaşı İvana Tramp 73 yaşında vəfat edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, o, ürək tutmasından dünyasını dəyişib.

Həkimlər kömək üçün onun evinə gəlsələr də, qadını xilas edə bilməyiblər.

“İvana Tramp Nyu-Yorkdakı evində vəfat etdi. O, ilhamverici həyat sürən gözəl, inanılmaz qadın idi”, - Tramp ailəsi açıqlamasında bildirib.

Qeyd edək ki, İvana və Donald Tramp 1977-1992-ci illərdə evli olublar.