“Trampla Zelenski sülh sazişini uyğun vaxtda imzalayacaqlar”

trampla-zelenski-sulh-sazisini-uygun-vaxtda-imzalayacaqlar
Oxunma sayı: 455

ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker Ukraynada müharibənin başa çatması və sülhün əldə olunması ilə bağlı danışıb.

“Qafqazinfo” “European Pravda” nəşrinə istinadən xəbər verir ki, daimi nümayəndə tərəflərin sülhə hər zamankindən daha yaxın olduğunu bildirib.

O, danışıqlar prosesini diqqətlə izlədiyini və sülh müqaviləsinin “vaxtı çatanda” imzalanacağını vurğulayıb:

“ABŞ Prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski sülh sazişini uyğun vaxtda imzalayacaqlar. Bununla belə, sənəd imzalanana qədər Ukraynanın özünümüdafiəsi üçün lazım olan bütün silahlarla təmin edilməsi vacibdir. Almaniya, Niderland və Norveç Ukraynaya silah tədarükündə ən böyük töhfə verən ölkələrdir və Vaşinqton sülhə qədər yardımları davam etdirəcək”.