“Trilyonlarla ödə, milyardlarla yox!” - Video - Fotolar

trilyonlarla-ode-milyardlarla-yox
Oxunma sayı: 2878

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçirilən məkanda noyabrın 23-də daha bir etiraz aksiyası olub.

“Qafqazinfo” xəbər verir ki, aksiya iştirakçıları “İqlim maliyyəsi üçün ödə!”, “Ya ödə, ya sus!”, “Qlobal şimal, ödə!”, “Trilyonlarla ödə, milyardlarla yox!” kimi pankart açıb, şüarlar, bəyanatlar səsləndiriblər.

Qeyd edək ki, noyabrın 11-dən bəri COP29 məkanında hər gün müxtəlif mövzularda aksiyalar keçirilib. Etirazçıların fikirlərini sərbəst ifadə etmələri üçün COP29 məkanında bütün şərait yaradılıb.