Türkiyə millisinin kapitanı və oğlu həyatını itirdi

turkiye-millisinin-kapitani-ve-oglu-heyatini-itirdi
Oxunma sayı: 3735

Türkiyədə baş verən zəlzələ daha bir idmançının həyatına son qoyub.

“Qafqazinfo” xəbər verir ki, ölkənin həndbol yığmasının kapitanı Cemal Kütahyanın cansız bədəni Antakyada dağıntılar altından çıxarılıb.

Onunla birlikdə 5 yaşlı oğlu Çinar Kütahya da həyatını itirib.

Qeyd edək ki, həndbolçunun 4 aylıq hamilə xanımı Pelin Kütahyanın axtarışları isə davam edir.