Türkiyə Suriya və İraqda hərbi əməliyyatlara icazənin müddətini uzatdı

turkiye-suriya-ve-iraqda-herbi-emeliyyatlara-icazenin-muddetini-uzatdi
Oxunma sayı: 760

Türkiyənin Böyük Millət Məclisi təhlükə yarandığı təqdirdə Ankaraya İraq və Suriyada hərbi əməliyyatlar keçirməyə imkan verən səlahiyyət müddətinin 30 oktyabr 2020-ci ilə qədər uzadılmasını təsdiqləyib.

“Qafqazinfo”nun “Associated Press” nəşrinə istinadən verdiyi xəbərə görə, bundan öncəki mandatın müddəti 30 oktyabrda bitəcək. 

Türkiyə parlamentariləri bu icazəni 2014-cü ildən bəri hər il yeniləyirlər.

Qeyd edək ki, rəsmi Ankara Suriyanın şimal-şərqində hərbi əməliyyat keçirməyi planlaşdırır. Türkiyə Müdafiə Nazirliyi mümkün bir hərbi əməliyyat üçün bütün hazırlıqların tamamlandığını bəyan edib.

Ağ Ev, ABŞ-ın Suriyanın şimalında mümkün bir Türk əməliyyatına dəstək verməyəcəyini və ya iştirak etməyəcəyini açıqlayıb.