Türkiyədə avqustdan itkin düşən rusiyalı üzgüçünün cəsədi tapıldı

turkiyede-avqustdan-itkin-dusen-rusiyali-uzgucunun-cesedi-tapildi
Oxunma sayı: 1145

Türkiyədə ötən ilin avqustunda keçirilən üzgüçülük yarışı zamanı itkin düşən rusiyalı idmançı Nikolay Sveçnikovun cansız bədəni aşkarlanıb.

“Qafqazinfo” “Habertürk”ə istinadən xəbər verir ki, rusiyalı üzgüçünün cəsədini İstanbulda Bosfor boğazında dənizdə təmizlik işləri aparan şəxslər aşkar ediblər. 

Bildirilib ki, cəsədin üzərində olan üzgüçülük geyimi Nikolay Sveçnikovun yarış zamanı geyindiyi ilə eynidir. Cəsəd məhkəmə-tibbi ekspertizasına göndərilib.

Qeyd edək ki, avqustun 24-də Türkiyə Olimpiya Komitəsinin təşkilatçılığı ilə 81 ölkədən 2820 idmançının iştirakı ilə 37-ci Boğaziçi Qitələrarası Üzgüçülük Yarışı keçirilib. Bu yarışlara qatılan 30 yaşlı rusiyalı üzgüçü Nikolay Sveçnikovun sahilə çata bilməməsi məlum olduqdan sonra axtarış əməliyyatı başladılmışdı.