Türkiyədə bu tarixlərdə ictimai nəqliyyat pulsuz olacaq

turkiyede-bu-tarixlerde-ictimai-neqliyyat-pulsuz-olacaq
Oxunma sayı: 2649

Türkiyədə Ramazan bayramı günlərində magistral və körpü keçidlərində heç bir ödəniş tələb olunmayacaq.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, bununla bağlı Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan göstəriş verib.

Belə ki, bayram münasibətilə Avtomobil Yolları Baş İdarəsinin (KGM) məsuliyyətində olan magistral yollar, eyni zamanda 15 İyul Şəhidlər Körpüsü ilə Fatih Sultan Mehmet Körpüsü bu gecə 00:00-dan başlayaraq aprelin 15-i 07:00-a qədər pulsuz olacaq.

Bununla yanaşı, Ramazan bayramı günləri ərzində, yəni aprelin 10-u 00:00-dan aprelin 12-sinə qədər şəhərdaxili ictimai nəqliyyat pulsuzdur. Bu qərar, həmçinin 23 Aprel - Milli Suverenlik və Uşaqlar Günü də qüvvədə olacaq.

Qeyd edək ki, Ramazan bayramı ilə əlaqədar Türkiyədə 9 günlük (06-14 aprel) tətil olacaq.