Türkiyədə əsgərləri daşıyan avtobus aşdı - 5 şəhid

turkiyede-esgerleri-dasiyan-avtobus-asdi
Oxunma sayı: 2075

Türkiyənin Mərsin vilayətinin Mut rayonunda avtobusun aşması nəticəsində 5 əsgər şəhid olub.

"Qafqazinfo" "CNN Türk"ə istinadən xəbər verir ki, qəzada eyni zamanda sürücü də vəfat edib.

İlkin məlumata görə qəzaya avtobusun əyləc sisteminin işləməməsi səbəb olub. Hadisə nəticəsində 10 əsgər ağır yaralanaraq xəstəxanaya yerləşdirilib.

Hazırda hadisə yerində polis əməkdaşları tərəfindən araşdırma aparılır.