Türkiyədə İsrail casusu olduğu iddia edilən 7 nəfər saxlanılıb - Yenilənib

turkiyede-israil-casusu-oldugu-iddia-edilen-7-nefer-saxlanilib
Oxunma sayı: 2456

Türkiyədə İsrailə casusluq etdiyi iddia olunan 7 nəfər saxlanılıb. 

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, sözügedən şəxslər Türkiyənin Milli Kəşfiyyat Təşkilatı və polis tərəfindən həyata keçirilən əməliyyat zamanı tutulublar. 

Saxlanılanların əldə etdikləri məlumatları xüsusi dedektivlər vasitəsilə MOSSAD-a satdıqları bildirilir.

***

Bu səhər keçirilən əməliyyat zamanı həbs edilən 9 şübhəlidən 7-si həbs edilib. Eyni istintaq çərçivəsində daha əvvəl Seyit Ahmet Yurtseven və Musa Kuş adlı iki şübhəlinin həbs edildiyi aydın olub.

Digər tərəfdən, MOSSAD-ın özəl detektivləri və taktiki üzvləri kimi müəyyən edilən daha 68 nəfər haqqında əməliyyat başlayıb.