Türkiyədə kiberdələduzluqda ittiham olunan 90 nəfər saxlanılıb.
“Qafqazinfo” “En son haber”ə istinadən xəbər verir ki, qardaş ölkənin 15 rayonunda bu istiqamətdə əməliyyat aparılıb.
Əməliyyatlar nəticəsində hesablarında 1,1 milyard lirə olan 90 şübhəli saxlanılıb. Onlardan 58-i həbs edilib, 25-nə məhkəmə nəzarəti tədbirləri tətbiq edilib. Digərləri ilə bağlı isə proseslər davam edir.


Son xəbərlər
Son Xəbərlər