İstanbuldan Rusiyanın Mineralnıye Vodı şəhərinə uçan sərnişin təyyarəsi Qara dəniz üzərində qəza siqnalı verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, Rusiyanın “Azimut” aviaşirkətinə məxsus A46074 reysini yerinə yetirən “Sukhoi Superjet” tipli təyyarə göyərtədə yarandığı ehtimal olunan texniki nasazlıq səbəbindən İstanbula geri qayıtmaq qərarı verib.
Məlumata görə, 103 sərnişin tutumuna malik təyyarə İstanbul hava limanına təhlükəsiz eniş edib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər