Türkiyəli səfir Azərbaycanda səs verdi - Fotolar

turkiyeli-sefir-azerbaycanda-ses-verdi
Oxunma sayı: 889

Türkiyədə Konstitusiya dəyişiklikləri ilə əlaqədar aprelin 16-da referendum keçiriləcək. Bu ölkənin Azərbaycanda yaşayan vətəndaşları isə referendumla əlaqədar aprelin 9-da səs verirlər.

“Qafqazinfo” AzərTac-a istinadən xəbər verir ki, bu məqsədlə Türkiyənin Bakıdakı səfirliyində, eləcə də qardaş ölkənin Gəncə və Naxçıvandakı baş konsulluqlarında seçki məntəqəsi açılıb. Məntəqələr saat 09:00-dan 21:00-dək fəaliyyət göstərəcək.

Qeyd edək ki, Azərbaycanda altı mindən çox türkiyəli seçici qeydiyyata alınıb.

***

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral referendumla bağlı səs verib.

AzərTac xəbər verir ki, diplomat jurnalistlərə açıqlamasında bu referendumun türk xalqına uğur gətirəcəyini söyləyib.