Turun son oyunu Əliyar Ağayevə tapşırıldı

turun-son-oyunu-eliyar-agayeve-tapsirildi
Oxunma sayı: 680

Azərbaycan Premyer Liqasının 14-cü turunda sabah keçiriləcək Keşlə Sumqayıt oyunu üçün hakim təyinatları müəyyənləşib.

“Qafqazinfo” AFFA-nın saytına istinadən xəbər verir ki, matçın baş hakimi Əliyar Ağayev olacaq. Ona Akif Əmirəli və Zeynal Zeynalov köməklik edəcək. Dördüncü hakim funksiyasını Kamranbəy Rəhimov yerinə yetirəcək.

Qeyd edək ki, “Keşlə” – “Sumqayıt” görüşü saat 16:00-da başlayacaq.