Tvitterin CEO-su istefa verdi - Yenilənib

Tvitterin CEO-su istefa verdi
Oxunma sayı: 1267

Tvitterin qurucusu Cek Dorsi tutduğu vəzifədən istefa verə bilər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə CNBC məlumat yayıb.

“Tvitterin baş direktoru Cek Dorsinin baş direktor vəzifəsini tərk edəcəyi gözlənilir”, - telekanalın xəbərində deyilir.

Bu xəbərin fonunda şirkətin səhmləri ticarətdən əvvəl 11% bahalaşıb.

Birjaların açılışından sonra, axşam saatlarına olan məlumata görə, Tvitterin səhmləri 5,88% artaraq hər səhm üçün 49,84 dollar olub.

***

Tvitterin CEO-su Cek Dorsi istefa verib.

Bildirilir ki, onun yerinə Paraq Aqraval təyin olunub.

"Mən qərara gəldim ki, vəzifəni tərk etmək vaxtıdır”, - C. Dorsi açıqlamasında deyib.

O əlavə edib ki, Tvitterin baş direktoru P. Aqraval bazar ertəsindən etibarən baş direktor vəzifəsini icra edəcək.