Üç avtomobil toqquşdu - Broyler toyuqları ətrafa dağıldı

uc-avtomobil-toqqusdu
Oxunma sayı: 1590

Yevlaxda zəncirvari qəza baş verib, bir avtomobil su kanalına düşüb.

“Qafqazinfo” xəbər verir ki, yol-nəqliyyat hadisəsi rayonun Hacıselli kəndi ərazisindən keçən magistral yolda qeydə alınıb.

Hərəkətdə olan yük avtomobili idarəetmədən çıxaraq  “Opel” və “Mercedes” markalı avtomobillərlə toqquşub. Nəticədə zərbənin təsirindən “Opel” yolun sol hissəsindəki su kanalına, “Mersedes” yolun sağ hissəsinə, yük maşını isə yolun ortasına aşıb.

Qəza zamanı yük avtomobilində olan broyler toyuq məhsulları ətrafa dağılıb.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı