Hazırda davam edən “Liverpul” – “Qalatasaray” matçında azarkeşləri həyəcanlandıran maraqlı anlar yaşanıb.
“Qafqazinfo” xəbər verir ki, oyunun 45+3-cü dəqiqəsində “Mersisayd” təmsilçisinin ulduz hücumçusu Məhəmməd Salah yaranan penalti şansından istifadə edə bilməyib.
Hadisə oyunun birinci hissəsinin sonuna əlavə olunmuş dəqiqələrdə baş verib. Belə ki, 45+1-ci dəqiqədə “Qalatasaray”ın müdafiəçisi İsmail Yakobsun cərimə meydançası daxilində Dominik Soboslaiyə qarşı sərt müdaxiləsindən sonra baş hakim Pavel Raçkovski penalti nöqtəsini göstərib.
Lakin topun başına keçən misirli forvard bu mühüm şansı boşa verərək hesabı dəyişdirə bilməyib. Salahın vuruşundan sonra “sarı-qırmızılılar”ın qapıçısı Uğurcan Çakır təhlükəni uzaqlaşdırmağı bacarıb.
Qeyd edək ki, “Liverpul” hazırda matçda 1:0 hesabı ilə öndədir.
***
Matç “Liverpul”un 4:0 hesablı qələbəsi ilə yekunlaşdı. “Mersisayd”lar 1/4 finalda PSJ ilə qarşılaşacaq.
Son xəbərlər
Son Xəbərlər