“Qalatasaray” ÇL-də mübarizəni dayandırdı - Video+Yenilənib

qalatasaray-cl-de-mubarizeni-dayandirdi
Oxunma sayı: 3615

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsində “Qalatasaray” “Liverpul”un qonağı olacaq.

“Qafqazinfo” xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə 18-dən 19-na keçən gecə saat 00:00-da başlayacaq.

Xatırladaq ki, ilk oyunda İstanbul təmsilçisi rəqibi üzərində minimal hesablı (1:0) qələbə qazanmışdı.

***

Matç başladı.

***

Dominik Soboslai 25-ci dəqiqədə hesabı açır.

***

Məhəmməd Salah 45+3-cü dəqiqədə penaltini yerinə yetirə bilməyib.

***

Fasilə.

***

İkinci hissə başladı. İstanbul təmsilçisinin heyətində Viktor Osimhen qolundan zədələndiyi üçün fasilədə əvəzlənib.

***

Huqo Ekitike 51-ci dəqiqədə fərqi artırır.

***

Rayan Qravenberx 53-cü dəqiqədə komandasının üçüncü qolunu vurur.

***

Vilfred Sinqonun 56-cı dəqiqədəki avtoqolu ofsayd səbəbindən qeydə alınmadı.

***

62-ci dəqiqədə Məhəmməd Salah hesabı 4:0 edir.

***

Matç “Liverpul”un 4:0 hesablı qələbəsi ilə yekunlaşdı. “Mersisayd”lar 1/4 finalda PSJ ilə qarşılaşacaq.