“Ukrayna bizə heç bir minnətdarlıq bildirməyib” - Tramp

ukrayna-bize-hec-bir-minnetdarliq-bildirmeyib
Oxunma sayı: 2441

“Kiyev göstərdiyimiz səylərə görə təşəkkür etməsə də, ABŞ Ukraynada sonradan paylanması üçün NATO-ya silah satmaqda davam edir”.

“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

O, yenə də münaqişənin başlamasında ABŞ-nin 46-cı prezidenti Co Baydeni günahlandırıb.

“Əgər 2020-ci il prezident seçkiləri saxtalaşdırılmasaydı, Ukrayna ilə Rusiya arasında müharibə olmazdı, hətta mənim ilk prezidentliyim zamanı bu haqda heç vaxt danışılmamışdı”, - Tramp vurğulayıb.

Qeyd edək ki, noyabrın 20-də Kiyevdə keçirilən görüşdə ABŞ nümayəndə heyəti Volodimir Zelenskiyə Vaşinqtonun münaqişənin həlli ilə bağlı yeni planını təqdim edib.

Trampın təsdiqlədiyi 28 bəndlik sülh planı Kiyevdən əhəmiyyətli güzəştlərə getməyi tələb edir.