“Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətində yerləşən Balakleya şəhəri yaxınlığında uğurlu əks-hücum əməliyyatı həyata keçirib”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat Ukrayna mediasında və teleqram kanallarında yayılıb.
Məlumata görə, əməliyyat zamanı Rusiya qoşunu Severski Donets və Srednyaya Balakleyka çaylarının sol sahilinə çəkilməli olub.
Həmçinin Ukrayna ordusunun Balakleya şəhərindən 3 kilometr şimal-qərbdə yerləşən Verbovka kəndinə nəzarəti ələ keçirdiyi də bildirilir.
Rusiya mənbələrinin məlumatına görə isə, Rusiya qoşunları Ukrayna tərəfinin irəliləməsinin qarşısını almaq üçün Balakleya şəhərinin şərq hissələrində adsız körpüləri dağıdıb.
***
“Strana” nəşrinin məlumatına görə, Ukrayna ordusunun Balakleya şəhərinə hücuma keçməsi hələ ki rəsmi olaraq təsdiq olunmayıb.
Bununla yanaşı, sosial şəbəkələrlə Balakleya şəhərinin lövhəsi altında dayanan ukraynalı əsgərin fotosu yayılıb.
Balakleya sakinləri nəşrə bildirib ki, gecə nisbətən sakit keçsə də, səhər atışmalar yenidən başlayıb. Atışmaların dünənlə müqayisədə daha az intensiv olduğu qeyd olunub. Onların sözlərinə görə, döyüşlər şəhərin mərkəzində deyil, yaxınlığında gedir.
Bununla yanaşı, şəhərin mərkəzində əvvəlkitək rusiyalı hərbçilərin olduğu deyilib.
Son xəbərlər
Son Xəbərlər