Ukrayna ordusunun yeni baş komandanı o təyin edildi

ukrayna-ordusunun-yeni-bas-komandani-o-teyin-edildi
Oxunma sayı: 3570

Ukrayna Silahlı Qüvvələrinə yeni baş komandan təyin edilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu haqda teleqram kanalında məlumat verib.

“Mən general-polkovnik Aleksandr Sırskini Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı təyin etdim”, - deyə Zelenski açıqlayıb.

Qeyd edək ki, bundan əvvəl Sırski Ukrayna quru qoşunlarının komandanı vəzifəsində çalışıb.