Ukrayna Türkiyədən Dardanel boğazını bağlamağı tələb etdi

ukrayna-turkiyeden-dardanel-bogazini-baglamagi-teleb-etdi
Oxunma sayı: 4202

Ukrayna Türkiyədən Dardanel boğazını bağlamağı tələb edib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Türkiyədəki səfiri Vasili Bondar bildirib.

“İndi Ukraynaya hansı cür dəstəyin göstərilməsi vacibdir. Türkiyə administrasiyasına müraciət edirəm, xahiş edirəm, Ukraynaya kömək edin. Biz Dardanel boğazının bağlanmasını tələb edirik. Biz istəyirik ki, sanksiyalar Rusiya tərəfinə tətbiq edilsin. Biz burada Rusiya aksiyalarına həbs qoyulmasını tələb edirik. Müdafiə silahının verilməsi yolu ilə bizə göstəriləcək dəstək də vacibdir”, - “Yeni Şafak” qəzeti səfirin sözlərini sitat gətirir.