Ukraynada prezident seçkilərinin ilk turunun nəticələri açıqlandı

ukraynada-prezident-seckilerinin-ilk-turunun-neticeleri-aciqlandi
Oxunma sayı: 5311

Ukrayna Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərinin birinci turunun rəsmi nəticələrini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, MSK rəhbəri Tatyana Slipaçukun açıqlamasına görə, Vladimir Zelenski seçicilərin 30,24% (5 713 825 nəfər), Petro Poroşenko isə 15,95% (3 014 523 nəfər) səsini toplayıb.

Qeyd edək ki, Ukraynada prezident seçkilərinin ikinci turu aprelin 21-də keçiriləcək.