Ukraynada qırıcı təyyarə qəzaya düşdü, pilot öldü

ukraynada-qirici-teyyare-qezaya-dusdu-pilot-oldu
Oxunma sayı: 1404

Ukraynada “MiQ-29” qırıcı təyyarəsi qəzaya uğrayıb.

“Qafqazinfo” “Ukrainskaya pravda” portalına istinadən xəbər verir ki, hadisə avqustun 23-nə keçən gecə qeydə alınıb.

Belə ki, “MiQ-29” döyüş tapşırığını yerinə yetirdikdən sonra eniş edərkən qəzaya düşüb. Nəticədə təyyarənin pilotu mayor Sergey Bondar həlak olub. 

Hazırda hadisənin səbəbləri araşdırılır.