“Ukraynadakı hərbi əməliyyatlar NATO-nun təhlükəsizliyi üçün lazımdır”

ukraynadaki-herbi-emeliyyatlar-nato-nun-tehlukesizliyi-ucun-lazimdir
Oxunma sayı: 888

“Ukraynadakı hərbi əməliyyatlar NATO-nun təhlükəsizliyi üçün lazımdır və Kiyevə silah tədarükü alyans ölkələrinin öz təhlükəsizliyinə yatırımdır”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu fikri NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə jurnalistlərə birgə açıqlamasında deyib.

“Bu, NATO-nun təhlükəsizliyi üçün çox vacibdir. Həmçinin Ukraynaya dəstək xeyriyyəçilik deyil, NATO ölkələrinin öz təhlükəsizliyinə bir sərmayədir”, - Stoltenberq bildirib.

Onun sözlərinə görə, Ukrayna məcburi uzunmüddətli təchizat şəklində silah almalıdır.