Ukraynalı deputatlar bir-birini yumruqladı - Video

ukraynali-deputatlar-bir-birini-yumruqladi
Oxunma sayı: 1319

Ukrayna Ali Radasında millət vəkilləri arasında dava baş verib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, davanın görüntülərini videooperator Andrey Yakobçuk feysbuk səhifəsində paylaşıb. 

Davanın iştirakçıları “Xalqın xidmətçisi” fraksiyasının depuatı Andrey Boqdanç və onun “Azadlıq” partiyasından olan həmkarları Eduard Leonov ilə İqor Miroşniçenko olub. 

“Strana” nəşrinin məlumatına görə, dava Prezident Vladimir Zelenskinin tərəfdarları tərəfindən təklif olunan torpaq bazarı qanunlarının müzakirə olunduğu aqrar komitənin iclasından sonra baş verib.

Qeyd olunur ki, noyabrın 13-də parlamentarilər ilk oxunuşda bu qanunu qəbul edib. “Xalqın xidmətçisi” fraksiyasından 227 deputatın səs verdiyi sənəd əcnəbilərə və hüquqi şəxslərə Meydanın kənarında yaradılan kənd təsərrüfatına yararlı torpaq sahələrini 1 yanvar 2024-cü ildən etibarən mülkiyyətə almaq hüququnu verir.

Hazırda Ukraynada kənd təsərrüfatı torpaqlarının satışına moratorium var. Torpaq satışına qoyulan hazırkı qadağa 2020-ci il yanvarın 1-dək qüvvədədir.