Ukraynalı hərbçilər Rusiya tərəfində döyüşən iki çinlini əsir götürdü - Video

ukraynali-herbciler-rusiya-terefinde-doyusen-iki-cinlini-esir-goturdu
Oxunma sayı: 2286

Ukraynalı hərbçilər Rusiya ordusunun tərkibində döyüşən iki Çin vətəndaşını əsir götürüblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ukrayna Prezidenti Volodimir Zelenski “X” hesabında paylaşıb. 

Sözügedən çinli əsgərlər Donetsk vilayətində əsir götürülüb. 

Zelenski qeyd edib ki, onların üzərində sənədləri, bank kartları və şəxsi məlumatları var. 

Onun sözlərinə görə, ölkənin xarici işlər nazirinə dərhal Çinlə əlaqə saxlamağı və Çinin bu məsələyə necə münasibət bildirəcəyini aydınlaşdırmağı tapşırıb.