“Ukraynanın “Crocus”dakı terrorda iştirakı heç kimdə şübhə doğurmur”

ukraynanin-crocusdaki-terrorda-istiraki-hec-kimde-subhe-dogurmur
Oxunma sayı: 1008

Ukraynanın Rusiya ərazisində törədilmiş çoxsaylı terror aktlarında, o cümlədən Crocus City Halldakı terrorda iştirakı heç kimdə şübhə doğurmur”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Ukraynadakı münaqişənin həlli ilə bağlı xarici ölkələrin səfirləri ilə görüşdə bildirib.

Lavrovun sözlərinə görə, istintaq zamanı bəlli olub ki, “Crocus City Hall”da baş vermiş terror aktında Ukrayna izi var.

Xatırladaq ki, martın 22-si törədilmiş həmin terror aktı nəticəsində 144 nəfər həlak olub, 500-dən çox insan isə yaralanıb.