“Ukraynanın əks-hücumdakı itkiləri 90 mini ötüb”

ukraynanin-eks-hucumdaki-itkileri-90-mini-otub
Oxunma sayı: 1162

“Ukrayna Silahlı Qüvvələrinin iyunun 4-ü başlatdığı əks-hücum əməliyyatı zamanı 90 mindən çox ukraynalı hərbçi ölüb və yaxud yaralanıb”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Çində “X Syanşan Təhlükəsizlik Forumu”nda çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, iyundan bu günə qədər Ukraynaya məxsus 600 tank, eləcə də 1900 ədəd müxtəlif zirehli maşın məhv edilib: “Ukrayna döyüş meydanında hər hansı əhəmiyyətli uğura nail ola bilməyib”.