“Ukraynaya hər il 9 milyard ayıracağıq”

ukraynaya-her-il-9-milyard-ayiracagiq
Oxunma sayı: 2613

Almaniya yaxın illər ərzində Ukraynaya hər il 9 milyard avro təqdim edəcək.

“Qafqazinfo” “Ukrainska pravda”ya istinadən xəbər verir ki, bunu Almaniyanın vitse-kansleri, maliyyə naziri Lars Klinqbeyl Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar zamanı bildirib.

“Ukraynaya dəstək verməyi, hər il 9 milyard avro xərcləməyi öhdəmizə götürürük. Bu, hökumət tərəfindən razılaşdırılıb”, - o qeyd edib.