Böyük Britaniya hökuməti atəşkəs əldə olunduqdan sonra Ukraynaya qoşun göndərilməsi məsələsini parlamentdə səsverməyə çıxaracaq.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Baş naziri Kir Starmer İcmalar Palatasında (Britaniya parlamentinin aşağı palatası - red.) çıxışı zamanı bildirib.
“Biz Fransa Prezidenti Emmanuel Makron və Ukrayna lideri Volodimir Zelenski ilə sülh sazişinin imzalanması halında qoşunların yerləşdirilməsi ilə bağlı niyyət bəyannaməsini razılaşdırdıq. İmkan yaranan kimi, təfərrüatları ayrıca bir bəyanatda açıqlayacağıq. Vəziyyətin inkişafını nəzərə alaraq, hadisələrin gedişatı barədə İcmalar Palatasını məlumatlandıracağam. Əgər qoşunlar imzalanmış bəyannamə çərçivəsində yerləşdirilməli olarsa, mən bu məsələni İcmalar Palatasında səsverməyə çıxaracağam”, - o deyib.
Son xəbərlər
Son Xəbərlər