Rusiya Prezidenti Vladimir Putin Ümumdünya Gənclər Festivalının açılışında iştirak edib.
“Qafqazinfo” xəbər verir ki, martın 7-dək davam edəcək tədbirdə Azərbaycandan 150-dən çox insan iştirak edəcək.
Bildirilib ki, festivalın keçirilməsində əsas məqsəd bütün dünyanın bir olduğunu və dünyanın taleyi üçün hər kəsin üzərinə düşən məsuliyyəti daşıdığını göstərməkdir.
Qeyd edək ki, Ümumdünya Gənclər Festivalı martın 1-dən martın 7-dək Sirius federal dairəsində keçiriləcək. Müsabiqəyə 190 ölkədən 300 mindən çox insan müraciət edib. Festivalın regional proqramı martın 10-dan 17-dək baş tutacaq, iştirakçılar Rusiyanın 30 şəhərinə səfər edəcəklər.