Universitet tələbəsi vəfat etdi

universitet-telebesi-vefat-etdi
Oxunma sayı: 5831

Bakı Mühəndislik Universitetinin (BMU) tələbəsi II kurs tələbəsi Nümayişli Aytac Samir qızı vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat BMU-nun feysbuk səhifəsində yerləşdirilib.

“Bakı Mühəndislik Universitetinin rəhbərliyi və kollektivi universitetin Pedaqoji fakültəsinin Riyaziyyat və informatika müəllimliyi ixtisasının II kurs tələbəsi Nümayişli Aytac Samir qızının uzun sürən xəstəlikdən sonra vaxtsız vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir”, - deyə məlumatda bildirilir.