Uşağın ayağı evdə velosipeddə qaldı - FHN-i çağırdılar - Video

usagin-ayagi-evde-velosipedde-qaldi
Oxunma sayı: 610

Sumqayıtda azyaşlının ayağı velosipedin pedalı ilə ramasının arasında sıxılıb qalıb.

“Qafqazinfo”nun məlumatına görə, yaxınları uşağın ayağını çıxara bilmədikləri üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə müraciət ediblər. 

Nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasediciləri dərhal hadisə yerinə gəliblər. 

Xilasedicilər xüsusi vasitələrdən istifadə etməklə azyaşlının ayağını təhlükəsiz qaydada velosipeddən çıxarıblar.