Türkiyənin məşhur sənətçisi Yıldız Tilbe qatıldığı televiziya proqramında uşaqlıq illərində yaşadığı faciəli qəza və onun həyatına təsirindən danışıb.
“Qafqazinfo” xəbər verir ki, o, səmimi etirafları ilə diqqət çəkib.
Tilbe, altı uşaqdan ən kiçiyi olduğunu bildirərək uşaqlığında baş verən hadisəni belə təsvir edib:
“Məni görən hər kəs çox gözəl uşaq olduğumu deyirdi. Bir gün evimizə qonaq gəlmişdi. Onun “nə qədər gözəlsən” deməsindən sonra, qaz sobasında qaynayan çaydanı üzərimə çəkdim. Bədənim yandı və altı ay xəstəxanada qaldım. Yanıma gələn bacı-qardaşlarım məni tanımadılar. Həkimlər sağ qalacağımı düşünmürdü, amma sağ qaldım”.
O bildirib ki, bu qəza nəticəsində sağ qulağı eşitmə qabiliyyətini itirib:
“Qaynar çay üzərimə töküldükdən sonra sağ qulağım eşitmir. Bu hadisə mənim üçün həm fiziki, həm də psixoloji travmaya çevrildi və təsirləri bu gün də davam edir”.
Son xəbərlər
Son Xəbərlər