Uzun fasilədən sonra bu rolla qayıdır

uzun-fasileden-sonra-bu-rolla-qayidir
Oxunma sayı: 339

Zərifliyi və özünəməxsus tərzi ilə Türkiyə kinosunun ən dəyərli simalarından olan Nebahat Çehrenin yeni layihəsi bəlli olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, uzun müddətdir gələn çoxsaylı təklifləri geri çevirən usta aktrisa, nəhayət, “Poll Films” şirkətinin rəhbəri Polat Yağcı ilə razılığa gəlib.

Belə ki, N. Çehre “Star TV”də yayımlanacaq “Düğünümüz Var” serialı ilə setlərə geri dönür.

Janrı komediya olan serialda aktrisa gözlənilməz tərəfləri olan sürprizli “Feryal” obrazına həyat verəcək.