Uzun illərdən sonra efirə qayıdır

uzun-illerden-sonra-efire-qayidir
Oxunma sayı: 1824

Aparıcı Ceyran Rəhimova uzun fasilədən sonra efirə qayıdır.

“Qafqazinfo” xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Aparıcı çəkiliş meydançasından fotosunu paylaşaraq “Tezliklə” yazıb.

Axşam.az-ın məlumatına görə, C.Rəhimova yeni mövsümdə Space TV-də efirə çıxacaq.

Qeyd edək ki, Ceyran Rəhimova uzun illər AzTV-də çalışıb. Xüsusilə “Sən bir nəğmə” verilişinin aparıcısı kimi tanınıb.