Şahzadə Harri və Meqan Marklın gözlənilmədən Londona qayıtmasından sonra Şahzadə Uilyam və Keyt Middlton ilk dəfə Birləşmiş Krallıqda birlikdə ictimaiyyət qarşısına çıxıblar.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “InStyle” nəşri məlumat yayıb.
Məlumata görə, əslində, Liverpuldakı tədbirlərə yalnız Şahzadə Uilyam qatılmalı olsa da, son anda ona həyat yoldaşı Keyt Middlton da qoşulub. Uels şahzadəsi tədbir üçün “Edeline Lee” brendindən göy rəngli şalvar kostyumu və “Laura Lombardi” boyunbağısını seçib.
Bu addım Sasseks hersoqlarının gözlənilməz dönüşündən dərhal sonraya təsadüf edir. “The Telegraph” nəşri xəbər verir ki, avqustun sonunda Şahzadə Harri və Meqan Markl ABŞ-ni tərk edərək Böyük Britaniyaya köçmək qərarına gəliblər. Cütlüyün London kənarında yerləşən xüsusi, qeyri-kral iqamətgahında məskunlaşacağı, uşaqları – 7 yaşlı şahzadə Arçi və 5 yaşlı şahzadə Lilibetin sentyabrdan Britaniya məktəbində təhsilə başlayacaqları bildirilir.
“Mirror” qəzetinin məlumatına görə, Harrinin ailəsi ilə Britaniyaya qayıtması xəbəri Kral III Çarlzı sözün əsl mənasında sarsıdıb və şoka salıb.
Xatırladaq ki, bundan əvvəl Keyt Middlton və Şahzadə Uilyam 13 yaşlı oğlanları Şahzadə Corcu təhsil almaq üçün İton Kollecinə yola salmışdılar.
Son xəbərlər
Son Xəbərlər