Uzun müddətdir gizlənirdi - Öz ölkəsində yox, Norveçdə görüntüləndi

uzun-muddetdir-gizlenirdi
Oxunma sayı: 864

Venesuela müxalifətinin lideri Maria Korina Maçado Norveçin paytaxtı Oslo şəhərində görüntülənib. 

“Qafqazinfo” xarici mətbuata istinadən istinadən xəbər verir ki, Venesueladan çıxış qadağası olan Maçado gizli şəkildə Norveçə gedib. 

Uzun müddətdir gizlənən siyasətçi yanvar ayından bu yana ilk dəfə ictimaiyyət qarşısına çıxıb, tərəfdarları ilə görüşüb və onlarla birlikdə mahnı ifa edib. 

Xatırladaq ki, ötən gün Oslo şəhərində Sülh üzrə Nobel mükafatının təqdimetmə mərasimi keçirilib.

Bu il mükafata layiq görülən Maria Korina Maçado təhlükəsizlik məsələlərini əsas gətirərək təqdimetmə mərasimində iştirak etməyib.

Onun adından mükafatı qızı Korina Sosa Maçado qəbul edib. 

Qeyd edək ki, Maria Korina Maçado 2024-cü ildə Venesuelada keçirilən prezident seçkilərində müxalifətin vahid namizədi seçilib. Buna baxmayaraq, ölkənin Baş Müfəttişliyi tərəfindən dövlət vəzifəsində işləməsinə qadağa qoyulduğundan, o, seçkilərdə başqa namizədlə əvəzlənib.

Maçado 2024-cü il seçkilərindən sonra harada olmasını gizlədir. O, mütəmadi olaraq sosial şəbəkələrdə videomüraciətlər paylaşır, lakin yerinin müəyyənləşməməsi üçün bunu adətən neytral ağ divar fonunda edir.