Vadim Vasilyev ictimaiyyətdən yardım istədi - Foto

vadim-vasilyev-ictimaiyyetden-yardim-istedi
Oxunma sayı: 11840

Azərbaycan millisinin sabiq futbolçusu Vadim Vasilyev ictimaiyyətdən maddi yardım istəyib.

“Qafqazinfo” xəbər verir ki, o, bu barədə sosial media hesabında paylaşım edib.

Belə ki, V. Vasilyev bank kartının nömrəsini yazaraq insanlardan kömək istəyib: 

Xatırladaq ki, 53 yaşlı keçmiş hücumçu fevral ayında insult keçirdiyi üçün xəstəxanaya yerləşdirilmişdi.

Qeyd edək ki, Vadim Vasilyev 1999-2003-cü illərdə Azərbaycan yığmasında çıxış edib və 33 oyunda 2 qol vurub.