Vadim Vasilyev reanimasiyaya yerləşdirildi

vadim-vasilyev-reanimasiyaya-yerlesdirildi
Oxunma sayı: 3999

Azərbaycan millisinin sabiq futbolçusu Vadim Vasilyev insult keçirib.

Bu barədə “Qafqazinfo”ya AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli məlumat verib. 

O bildirib ki, hazırda V.Vasilyev reanimasiyadadır: “Bir-iki günə yəqin ki, palataya keçirərlər”.

Qeyd edək ki, Vadim Vasilyev 1999-2003-cü illərdə Azərbaycan yığmasında çıxış edib və 33 oyunda 2 qol vurub.