“Vadjinin gedişinə sevinirəm” - Qurban Qurbanov

vadjinin-gedisine-sevinirem
Oxunma sayı: 7891

“Futbolçularımı təbrik edirəm. Hesabın 3:0 olmasına baxmayaraq çox vacib qələbə qazandıq”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurbanov Qurbanov deyib.

O, Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda “Olimpiakos” üzərindəki 3:0 hesablı qələbəni şərh edib:

“Dünən də demişdim ki, möhtəşəm azarkeşi olan komandaya qarşı oynayacağıq. Biz belə atmosferdə oynamaq xoşdur və bunu hiss etdik. “Olimpiakos”a uğurlar arzu edirəm. Bu qələbə heç nəyi həll etmir. Qarşıda 3 oyun var və bu 9 xal edir. Bakıya qayıdandan sonra səhvlərimizə baxacağıq və Bakıda onları etməməyə çalışacağıq. Çünki rəqibin heyətində ani səhvləri bağışlamayacaq futbolçular var. Vaxtımız çox azdır. Bakıdakı oyuna daha ciddi hazırlaşmağa çalışacağıq”.

- 3-cü qoldan sonra bəzi futbolçularınız rəqib azarkeşlərin yer aldığı tribunaya yaxınlaşıb bəzi əl hərəkətləri etdilər. Buna necə şərh verərsiz?

- Biz elə bir ölkədə yaşayırıq ki, iğtişaş haqqında düşüncəmiz yoxdur. Bəzən futbolçu öz sevincini necə biruzə verdiyini hiss etmir. Hətta bu cür sevinclər bizim öz stadionlarımızda, öz çempioatımızda da olur. “Qarabağ” komandası olaraq özümüzü düzgün idarə etməyə çalışmışıq. Biz bura idman prinsiplərinə əməl etməyə gəlmişik. Bəzən meydanda futbolçuların, məşqçilərin arasında gərginlik olur. Hamı mənə inansın ki, biz həmişə ədalətli olmağa çalışmışıq. Dünəndən azarkeşlər haqqında xoş sözlər deyirəm. Mənim bu sözlərimi futbolçular da eşidirlər. Rəqiblərə, onların azarkeşlərinə hörmətlə yanaşırıq.

- “Olimpiakos” sizi mənfi mənada nə ilə təəccübləndirdi?

- Mənim bu komanda haqqında heç bir mənfi düşüncəm yoxdur. Təxmini gözləyirdim ki, 5 müdafiəçi ilə oynaya bilərlər. Amma heyətə baxandan sonra fikirləşdim ki, 4 müdafiəçidir. Meydana çıxanda isə 5 müdafiəçi ilə çıxış etdilər. Orda bir az çatışmazlıqlar oldu. Get-gedə oyunu ələ ala bildik. Sadəcə bunu oyun başlayana qədər gözləmirdim. Komanda haqqında isə müsbət düşüncələrim var. Rəqib daha artığına layiqdir və potensialı yüksəkdir.

- İbrahima Vadji klubu tərk edəndən sonra hamı düşünürdü ki, “Qarabağ”a hücumçu lazımdır. Amma Ovusu oynamağa başladı və oyundan-oyuna daha yaxşı çıxış edir, qollar vurur. Demək olar ki, “Qarabağ” üçün Ovusunun yaxşı çıxışı fonunda hücumçu axtarışı söhbəti bağlanıb?

- Biz ilboyu hər mövqeyə oyunçu axtarırıq. Hətta komandanın ən yaxşı futbolçularının mövqeyinə belə axtarış edirik. Çünki biz təkcə bu günü yox, gələcəyi də düşünürük. Əlimizdəki oyunçulara güvənirik, onların çıxışın yaxşılaşdırmağa çalışırıq. Digər tərəfdən gələcəyi düşünüb axtarışda oluruq. Bəzən elə futbolçu olur ki, ona yox deyə bilmirsən. Bəzən alınır, bəzən isə yox. Qış “transfer pəncərəsi”ndə yaxşı hücumçu olsa, heyətə qatmağa çalışacağıq. Ovusu yaxşı oynasa da, olsa da, olmasa da. Vadjinin gedişinə sevinirəm. Bildirmişdim ki, transfer bazarında iştirak etmək klub adına yaxşıdır. Klubun bir siyasəti olmalıdır. Bu cür transferlər Azərbaycan futboluna diqqəti çoxaldır. Sabah ola bilər ki, hansısa başqa yaxşı futbolçumuzu istəsinlər və eyni addımı ataq.