“Qafqazinfo”nun məlumatına görə, şairin həyat yoldaşı Nüşabə Vəkilova aznews.az –a bildirib ki, bu, V. Səmədoğlunun səhhətindəki problemlərlə bağlıdır: “Vaqif özünü yaxşı hiss etsəydi hökmən iştirak edəcəkdi. Əgər həkimlər icazə versə tamaşanın oktyabrın 3-də nəzərdə tutulan premyerasına qatılacaq: “Sentyabrın 19-da bu tamaşanın ilk premyerası oldu. Orada Vaqif müəllim şəxsən iştirak etdi. Dünən isə isə tamaşada iştirak edə bilmədi. Tamaşanın 3-cü premyerası oktyabrın 3-də olacaq. Əgər Vaqif müəllim özünü yaxşı hiss etsə o zaman həmin tamaşaya qatılacaq”.
Nüşabə xanım Vaqif Səmədoğlunun tamaşanı bəyənib-bəyənmədiyinə gəlincə bunları deyib: “Bu tamaşa hələ 16 il bundan əvvəl tamaşaya qoyulub. O vaxt bu tamaşa böyük anşlaqla keçdi. Tamaşa mərhum rejissor Hüseynağa Atakişiyevin quruluşunda idi. Bu gün isə həmin əsərə Ramiz Həsənoğlu quruluş verib. Hərənin əsrəsə bir baxışı var. Amma onu deyim ki, bu tamaşaya baxanlar arasında əsəri oxumaq istəyənlərin sayı çoxalır”. Qeyd edək ki, “Generalın son əmri” tamaşası Akademik Milli Dram Teatrının səhnəsində quruluş verilib. Tamaşasının quruluşçu rejissoru xalq artisti Ramiz Həsənoğlu, bəstəkarı Cavanşir Quliyevdir. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında hazırlanan tamaşada Əməkdar artistlər Füzuli Hüseynov, Sabir Məmmədov, Dilarə Əliyeva, Almaz Amanova, Ayşad Məmmədov və başqaları rol alıb.
Son xəbərlər
Son Xəbərlər