“VAZ”lar toqquşdu, yaralılar var

vazlar-toqqusdu-yaralilar-var
Oxunma sayı: 1167

Göygöldə 6 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo"nun xəbərinə görə, hadisə rayon mərkəzinin girişində qeydə alınıb.

"VAZ-21099" ilə "VAZ-2107"nin toqquşması nəticəsində 6 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Onlar 2001-ci il təvəllüdlü Abbasov Kazım, 2001-ci il təvəllüdlü Vəliyev Eldar, 1987-ci il təvəllüdlü Nicat Hacıyev, 2008-ci il təvəllüdlü Zeynalov Ülvi, 1982-ci il təvəllüdlü Zeynalov Vüsal və 1985-ci il təvəllüdlü Vəliyeva Elyanədir.

Araşdırma aparılır.

Elmar Əli