Venesuelada ABŞ-nin Karakas şəhərində mülki və hərbi obyektlərə hərbi müdaxiləsi nəticəsində həlak olan hərbçilərin xatirəsinə yeddi günlük matəm elan edilib.
“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə qərarı ölkənin müvəqqəti prezidenti Delsi Rodrigez açıqlayıb.
“Prezident Nikolas Maduronu qoruyarkən həyatlarını qurban verən gənclərin xatirəsinə yeddi günlük matəm elan etmək qərarına gəldim. Onların xatirəsini dərin ehtiramla yad edirik”, - Rodrigez bildirib.
Xatırladaq ki, yanvarın 3-ü ABŞ hərbi qüvvələri Venesuelanın paytaxtı Karakasda və ətraf ştatlarda 11 strateji hədəfə genişmiqyaslı zərbələr endirib. Əməliyyat nəticəsində Prezident Nikolas Maduro xanımı Siliya Floreslə birlikdə ələ keçirilərək Nyu-Yorka aparılıb. Venesuela mediası həmin gün 23 Venesuela əsgəri, 32 Kuba hərbçisi və 2 mülki şəxs olmaqla ümumilikdə 57 nəfərin öldüyünü açıqlayıb.
Son xəbərlər
Son Xəbərlər