ABŞ-nin Venesuelada həyata keçirdiyi əməliyyat zamanı 32 Kuba vətəndaşı həlak olub.
“Qafqazinfo” “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı Kuba hökuməti yayıb.
Məsələ ilə bağlı detallar açıqlanmasa da, həmin şəxslərin Kuba Silahlı Qüvvələrinin və kəşfiyyat agentliklərinin üzvləri olduğu qeyd olunub.
Hadisə ilə əlaqədar yanvarın 5 və 6-sı ölkədə matəm günləri elan edilib.
Xatırladaq ki, yanvarın 3-də ABŞ hərbi qüvvələri Venesuelanın paytaxtı Karakasda və ətraf bölgələrdə 11 strateji hədəfə genişmiqyaslı zərbələr endirib. Əməliyyat zamanı ölkə Prezidenti Nikolas Maduro xanımı Siliya Floreslə birlikdə ələ keçirilərək Nyu-Yorka aparılıb.
Son xəbərlər
Son Xəbərlər