“Vergi siyasəti əsas iqtisadi tənzimləmə alətlərindən biri olacaq”

vergi-siyaseti-esas-iqtisadi-tenzimleme-aletlerinden-biri-olacaq
Oxunma sayı: 1593

“Bu gün iqtisadiyyatımız qarşısında duran yeni çağırışlar göstərir ki, vergi siyasəti qarşıdakı dövrdə iqtisadi siyasətin həyata keçirilməsində əsas iqtisadi tənzimləmə alətlərindən biri olacaq”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli bu gün keçirilən “Vergi sistemi yeni inkişaf dövründə: davamlı iqtisadiyyat üçün strateji hədəflər” adlı Forumda bildirib.

Xidmət rəisi qeyd edib ki, 2023-cü ili DVX üçün uğurlu il adlandırmaq olar:

“Xidmətin üzərinə düşən fiskal öhdəliklərin icrası təmin edilib, dövlət büdcəsinə 16,1 milyard manatdan çox vergi daxilolması səfərbər edilib. 2023-cü ildə həm iqtisadi artımın, həm də şəffaflaşma tədbirlərinin davam etməsi şəraitində nəzərdə tutulandan əlavə 1,1 milyard manat daxilolma təmin olunub.

Son 5 ildə aktiv vergi ödəyiciləri və aktiv obyektlərin artımı davam edib. Vergi islahatlarının başlandığı 1 yanvar 2019-cu ildən bəri təkcə aktiv vergi ödəyicilərinin sayında 1,7 dəfə artım müşahidə olunub”.

Zaur Mirzə